Karate ustası, beşqat dünya, 11 qat Avropa çempionu və Olimpiya Oyunlarının gümüş mükafatçısı Rafael Ağayev Karate Federasiyasındakı vəzifəsindən istefa verib.
News24.az-ın məlumatına görə, o, Azərbaycan Karate Federasiyasının (AKF) WKF üzrə vitse-prezidenti vəzifəsindən ayrılıb.
Qeyd edək ki, R.Ağayev keçən ilin fevralında Azərbaycan Karate Federasiyasının (AKF) WKF üzrə vitse-prezidenti vəzifəsinə təyin olunub./oxu.az
***
13:10
Rafael Ağayev vəzifəsindən istefa verəcək.
News24.az Söz.az xəbər verir ki, o, bu barədə "sportlife.аz"-a müsahibəsində deyib.
"Mən təkcə Karate Federasiyasının WKF üzrə vitse-prezidenti olduğumu xatırlayıram. Ondan bu yana təəssüflər olsun ki, 7-8 aydır iclaslar olur, bir dəfə dəvət almıram. Ona görə də bu ayın axırına qədər vəzifəmdən istefa verib ayrılacam", - deyə o bildirib.