RU

Müasir dövrün TƏHLÜKƏSİ – Həyatını sosial şəbəkələrə həsr edənlərdə niyə ruh düşkünlüyü olur?

Sosial şəbəkələr müasir dövrün tələbidir. Virtual dünya ünsiyyət qurub, dost qazanmaqdan özünü, məhsulunu reklama qədər inkişaf edib. Artıq insanlar sosial şəbəkələr vasitəsilə qazanc əldə edir, vergi ödəyir.

Gündəlik ictimai-siyasi, mədəni xəbərləri də çox insan sosial şəbəkələr vasitəsilə öyrənir.

Bəsən də heç bir işi və məqsədi olmadığı halda bu paltformalarda gününün çox hissəsini keçirən insanlar var. Onlar aktiv istifadəçi olaraq hər paylaşıma münasibət bildirir, profilinə minlərlə izləyici toplayır, dost olur. Lakin real həyatda nə özünü ifadə edə bilir, nə də dost-tanış sahibi olur. Virtualda olduqları qədər realda uğurlu, ünsiyyətcil ola bilmirlər.
 

MÖVZU İLƏ BAĞLI:

Sosial şəbəkələr hansı xəstəliklərə YOL AÇIR?


Araşdırmaya görə, sosial şəbəkələrdə çox vaxt keçirənlərdə ruh düşkünlüyü olur.

Mövzu barədə fikirlərini Bizim.Media ilə bölüşən psixoloq Gülnar Orucova deyib ki, bütün günü sosial şəbəkələrə həsr etmək günümüzün ən pis vərdişlərindəndir:

“Həmin insanların həyatlarında boşluq olur, özlərinə maraqlı iş tapa bilmirlər. Sosial şəbəkə istifadəçiləri də bir neçə yerə bölünür.  Bir qrup paylaşılanlara baxıb öz həyatını onlarla müqayisə edir. Blogerlər hər gününün çox əyləncəli, xoşbəxt hissəsini paylaşırlar. Birinci tipə aid etdiyim istifadəçi də öz həyatını onların həyatı ilə müqayisə edir. Özünün bunlara niyə nail olmadığını götür-qoy edir”.

O bildirib ki, sosial şəbəkədə çox vaxt keçirənlər reallığa uyğunlaşa bilmirlər:

“İkinci tip insanlar sosial şəbəkədə paylaşımlara mənfi rəy yazmaqdan həzz alanlardır. Onları uşaq vaxtı o qədər utandırıb, alçaldıblar ki, indi onlar da belə rəyləri yazmaqdan xüsusi zövq alırlar. Bu tip insanlar təkcə virtualda deyil, realda da belədirlər. Yəni vəzifədə olarkən işçiləri təhqir edib, alçaldırlar, bundan zövq alırlar.

Bəzən sosial şəbəkə istifadəçilərinə sosiallaşması, özünə dost-tanış çevrəsi yaratmaq üçün sosial şəbəkələrdən istifadəni məsləhət görürük. Bəzən də baxırıq ki, lazımlı və lazımsız çox insanla ünsiyyət qurur. Bu cür insanlar reallıqda ünsiyyət qurmağa çətinlik çəkirlər. Ancaq yazışaraq fikrini bildirmək istəyirlər”.

Psixoloq hesab edir ki, sosial şəbəkə asılılığı bir sıra psixi pozuntulara səbəb olur:

“Sosial şəbəkədən çox istifadə edən insanlar aqressiv olurlar, nitq qabiliyyətləri çox zəifləyir, sosiallıqları aşağı olur, toplum içərisində, cəmiyyətdə olmağı istəmirlər, sakitliyi sevirlər. Bunlar qaraqabaq, asosial olurlar, üzlərində həmişə qəmgin ifadə olur.

Günay Şahmar, Bizim.Media

Избранный
12
25
bizim.media

10Источники