RU

9 bal gücündə zəlzələ gözlənilir - Hazırlıqlar BAŞLADI

Yaponiyanın hökumət komissiyası ölkədə güclü zəlzələ ehtimalının artdığı barədə xəbərdarlıq edib.

Musavat.com xəbər verir ki, yaxın 30 il ərzində maqnitudası 8-9 bal olan zəlzələ baş vermə ehtimalı 80 faiz təşkil edir. Zəlzələnin Honşu adasının cənub-şərqində, Nankay çatında meydana gələcəyi gözlənilir.

Mütəxəssislər bildirir ki, bu zəlzələ zamanı potensial qurbanların sayı 323 min nəfərə çata bilər. Növbəti 40 ildə belə bir zəlzələnin baş vermə ehtimalı 90 faizə, 50 il ərzində isə 90 faizdən çox ola bilər. Qeyd edək ki, bu bölgədə ən son dağıdıcı zəlzələ 1946-cı ilin 21 dekabrında baş verib və maqnitudası 8 bal olub.

Yaponiya hökuməti və yerli sakinlər təbii fəlakətə qarşı tədbirləri gücləndirir. Regionda infrastrukturun təhlükəsizliyinin artırılması və əhalinin fövqəladə hallara hazırlığı istiqamətində işlər davam edir.

Bundan əlavə, 13 yanvar tarixində Kyusyu adasının cənub-şərq sahillərində maqnitudası 6,4 olan zəlzələ qeydə alınıb. Zəlzələnin episentri 30 kilometr dərinlikdə yerləşib. Güclü yeraltı təkanlar Kyusyu adasının bütün ərazisində 5 bala qədər hiss edilib. Daha zəif təkanlar (3 bala qədər) Şikoku və Honşu adalarında, Hirosimadan Osakaya qədər olan ərazidə müşahidə olunub.

Yaponiya dünyanın ən aktiv seysmik bölgələrindən biri olaraq qalır. Bu səbəbdən hökumət və xalq güclü zəlzələlərə hazır olmaq üçün tədbirlər görməkdədir. 

Mənbə: https://1news.az/news/20250116102837395-V-YAponii-prigotovilis-k-razrushitelnomu-zemletryaseniyu

Избранный
13
5
ekologiya.az

10Источники