"Ayaks"ın türkəsilli sabiq futbolçusu Naci Ünüvar əvvəlki komandasına qayıdıb.
Sportal.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi yenidən "Tvente" ilə anlaşıb.
Bu barədə Niderland klubunun mətbuat xidməti məlumat yayıb.
Naci "Tvente" ilə 3 illik müqavilə imzalayıb.
"Ayaks"ın yetirməsi olan Ünüvar "Trabzonspor", "Espanyol"da və həmçinin "Tvente"də icarə əsasında çıxış etmişdi.
saytlarin hazirlanmasi