RU

Tramp Rusiya qoşunlarını Ukraynadan çıxarmaq üçün iki planı nəzərdən keçirir

Trampın komandası Ukraynadakı münaqişənin sanksiyalar vasitəsilə həlli strategiyası hazırlayır

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın komandası Ukraynadakı münaqişənin sanksiyalar vasitəsilə həlli strategiyası hazırlayır. Turkustan.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən yazıb.

Bu sanksiya strategiyasının əsas komponentinin Rusiyanın neft və qaz sektoruna təzyiqin mümkün yumşaldılması və ya artması olduğu bildirilir.

Eyni zamanda, Tramp ABŞ Prezidenti postunu tərk edən Co Baydenin administrasiyası tərəfindən görülən əks tədbirlərə görə yəqin ki, yaza qədər Rusiyaya qarşı sanksiyaların bir qismini ləğv edə bilməyəcək.

Həmçinin qeyd olunub ki, Rusiya neft istehsalçıları və tədarükçülərinə təzyiq artarsa, Trampın strategiyasının həyata keçirilməsi bütün dünyada yanacağın qiymətlərinin artmasına səbəb ola bilər./AYNA/

Избранный
4
50
turkustan.az

10Источники