RU

İmran Xan və xanımına hökm oxundu

Pakistanın keçmiş Baş naziri İmran Xan korrupsiya ittihamı ilə 14 il müddətinə azadlıqdan məhrum edilib. Metbuat.az yerli KİV-ə istinadən xəbər verir ki, siyasətçinin həyat yoldaşı Buşra Bibi də 7 illik həbs cəzası alıb.

Xatırladaq ki, 2018-2022-ci illərdə Pakistan hökumətinə rəhbərlik edən İmran Xan 2022-ci il aprelin 10-da ona qarşı verilən etimadsızlıq səsverməsi nəticəsində postundan uzaqlaşdırılıb. Keçmiş Baş nazir ötən ilin yanvarında dövlət sirrini yaymaq ittihamı ilə də mühakimə olunub.

Избранный
9
metbuat.az

1Источники