RU

"Qrenlandiya xalqımıza aiddir, ABŞ-nin bir hissəsi olmaq istəmirik" - Nazir

Qrenlandiya ABŞ-nin bir hissəsi olmaq istəmir, lakin Vaşinqtonla işgüzar əməkdaşlığın inkişafına açıqdır. 

 

Sfera.az xəbər verir ki, bu fikri Qrenlandiyanın Biznes, Ticarət, Mineral Ehtiyatlar, Ədliyyə və Gender Bərabərliyi naziri Naaya Nathanielsen “The Washington Post”a yazdığı rəydə bildirib.

 

“Baş nazirimiz açıq şəkildə qeyd etdiyi kimi, Qrenlandiya Qrenlandiya xalqına məxsusdur. Biz Birləşmiş Ştatların bir hissəsi olmaq istəmirik. Biz nə danimarkalıyıq, nə də amerikalı”, - Nathanielsen bildirib. 

 

Bununla belə, o qeyd edib ki, Qrenlandiya hər iki tərəfə fayda verə biləcək razılaşma əldə etmək üçün geniş imkanlar görür:

 

“Qrenlandiyada iqtisadi inkişaf potensialı çox böyükdür. Ada yüksək ekoloji standartlara uyğundur və burada zəngin geoloji ehtiyatlar cəmləşib. Biz ABŞ-ni daha sıx işgüzar əməkdaşlıq üçün bizə qoşulmağa dəvət edirik. Qrenlandiya bir neçə ildir ki, Dövlət Departamenti ilə mineral ehtiyatlar haqqında məlumatların verilməsi məsələsində əməkdaşlıq edir. Qrenlandiya dağ-mədən sektoruna investisiyaların artırılması yollarını axtarır. Hazırda Qrenlandiyada mədən lisenziyalarının əksəriyyəti Kanada və Böyük Britaniya şirkətlərinə məxsusdur: hər birində 23, ABŞ-də bir lisenziya var. Mən əminəm ki, bu şəkil dəyişə bilər. İndiki, gələcək və hələ bilinməyən investisiya imkanları var”.

 

Firuzə Əliyeva

Избранный
6
sfera.az

1Источники