RU

Azərbaycan və AQEM “Dairəvi Yaşıl Turizm” layihəsi üzrə razılıq əldə edib

Dövlət Turizm Agentliyi Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) ölkələrində “Dairəvi Yaşıl Turizm” layihəsi çərçivəsində 2025-ci il ərzində mütəmadi əməkdaşlığın yüksək səviyyədə davam etdirilməsi barədə razılıq əldə edib.

"Report" agentliyə istinadən xəbər verir ki, qurumun sədri Fuad Nağıyevlə AQEM-in Baş katibi Kayrat Sarıbayla görüşüb.

Görüş zamanı AQEM Nazirlər Şurasının 7-ci iclasında Azərbaycanın 2024-2026-cı illər üzrə təhvil aldığı AQEM-ə sədrlik çərçivəsində turizm sahəsində mütəmadi əməkdaşlıq perspektivləri müzakirə olunub. Həmçinin, AQEM-un hazırladığı rəsmi konsepsiya sənədinin turizm bölməsinə Agentliyin təqdim etdiyi layihə təklifləri haqqında fikir mübadiləsi aparılıb.

K.Sarıbay ötən il Azərbaycanın ev sahibliyi ilə keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə təşəkkür edib. Bundan əlavə, o, Azərbaycanın turizm potensialını AQEM-ə üzv dövlətlərə tanıtmaq məqsədilə həmin ölkələrin media nümayəndələri üçün Azərbaycana mediaturların təşkilində maraqlı olduqlarını bildirib.

AQEM 1992-ci ildə BMT Baş Assambleyasının 47-ci sessiyasında irəli sürülüb. Müşavirənin yaradılmasında əsas məqsəd Asiyada sülh və təhlükəsizliyin təmin olunması üzrə effektiv və universal fəaliyyətin aparılmasıdır.

Избранный
8
12
report.az

10Источники