RU

İsrailli nazir atəşkəs əldə olunduğu üçün istefa verdi


İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir istefa verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Kan” radiosu məlumat yayıb.
Bildirilib ki, onun rəhbərlik etdiyi Otzma Yehudit (Yəhudi Gücü) partiyası Qəzza zolağında girovların azad edilməsi və atəşkəslə bağlı razılaşmaya etiraz olaraq Benyamin Netanyahunun hökumət koalisiyasından çıxıb.
Qeyd edək ki, Ben-Qvir yanvarın 16-da mətbuat konfransı keçirərək, İsrail hökumətinin girovların azad edilməsi və Qəzza zolağında atəşkəsin əldə edilməsinə dair razılaşmanı təsdiqlədiyi təqdirdə istefa verəcəyini açıqlayıb və qeyd edib ki, anklavda döyüşlər bərpa olunarsa, onun partiyası hökumətə qayıtmağa hazırdır.
Kan qeyd edir ki, Ben-Qvirlə yanaşı, Otzma Yehudit partiyasından olan daha iki nazir də istefa ərizəsini təqdim edib.
Избранный
18
9
yeniavaz.com

10Источники