RU

ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib

Bakı. Trend:

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı müvəqqəti işlərvəkili Hüqo Qevara 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşımedib.

Trend xəbərverir ki, paylaşımda deyilir:

"Bu gün biz Qara Yanvarın faciəli hadisələrini ehtiramla yadedir, vətən uğrunda qəhrəmancasına canlarını fəda edənlərinxatirəsinə dərin hörmət göstəririk.

Bu anım günündə onların verdikləri böyük qurbanı anaraq,ailələrinə və yaxınlarına səmimi başsağlığı veririk".

Xatırladaq ki, bu gün Azərbaycanda 20 Yanvar faciəsinin 35-ciildönümüdür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə,əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Sovet ordusuAzərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 147insan öldürüldü, 744-ü ağır xəsarət aldı, 841 nəfər isə qanunsuzolaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı.

Bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən şəxsümummilli lider Heydər Əliyev oldu. Belə ki, Heydər Əliyev 21yanvar 1990-cı il tarixdə faciə ilə əlaqədar AzərbaycanınMoskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda çıxış edərəkbu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid edib. HeydərƏliyev bu hadisəni hüquqa, demokratiyaya yad, humanizmə və ölkədəelan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesabetdiyini bildirib.

Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuzmüstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi. Bu qanlıhadisələrdən illər keçsə də, xalqımız o müdhiş gecəni daimxatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir.

Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsirespublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeydedilir.

Məqalədə:
Избранный
16
2
az.trend.az

3Источники