Sea Breeze

44 günlük müharibədən sonra regionda yaranmış yeni reallıqlar sülh üçün ümidlər yaratsa da bölgədə eskalasiya, gərginlik, yeni münaqişə ocaqları yaratmaq istəyən qlobal güclərin destruktiv fəallığı da diqqətdən yayınmır. Belə olan halda region dövlətlərinin vahid mövqedən çıxış etməsi olduqca vacibdir. Ermənistan özündə iradə tapmasa da Azərbaycan və Gürcüstan bölgənin rihafı naminə fəaliyyəti daha da gücləndirməkdə maraqlıdır. Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra bu ölkəninb baş naziri İrakli Kobaxidzenin ilk səfərini Azərbaycana etməsi münasibətlərin xüsusi xarakterini göstərdi.

Bakı və Tbilisi bir daha strateji və milli maraqlar, ərazi bütövlüyü və suverenliklə bağlı mövqenin dəyişmədiyini bəyan etdilər. Gürcüstan qlobal gərginliklər fonunda hər bir çağırışla bağlı Azərbaycanla birlikdə çalışmağa hazırdır. Azərbaycan hər zaman Gürcüstanın yanında olub və dəstək nümayiş etdirib.
“Azərbaycan Respublikası bizim üçün təkcə dəyərli dost deyil, həm də bizim üçün etibarlı tərəfdaş və qardaş ölkədir. Bu bağların dərinləşdirilməsi bizim marağımızdadır və biz bu münasibətlərə böyük əhəmiyyət veririk” deyən Kobaxidze Azərbaycan Prezdientini regionun lideri olaraq nümunə kimi qiymətləndirdi.

Uğurlu regional əməkdaşlıq nəticəsində Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars və Cənub Qaz Dəhlizi kimi irimiqyaslı layihələr həm böllgədə, həm də daha geniş coğrafiyada iqtisadi inkişafın yüksəldilməsinə töhfə verir. Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığı regionun inkişafı üçün əhəmiyyət kəsb edir.
Bakıda müzakirə olunan məsələlər, səslənən bəyanatlardan da aydın oldu ki, hər iki ölkə siyasi tərəfdaşlıq başda olmaqla bütün sahələr üzrə əlaqələri bundan sonra da dərinləşdirmək niyyətindədir.

Azərbaycan və Gürcüstan Cənubi Qafqazda sülhün, təhlükəsizliyin əsas qarantı kimi nümunə göstərir. Ermənistan da bu münasibətlərdən örnək götürməli, inkişaf və təhlükəsizlik çətirini başqa qitələrdə deyil, bu regionda axtarmalıdır. Yalnız belə olan halda regionda davamlı sülhdən danışmaq olar. Əks halda regiona müdaxilə edən kənar güclər burada öz maraqlarını təmin etmək üçün müxtəlif məkrli ssenarilər reallaşdırmağa çalışacaq.

Millət vəkili Könül Nurullayeva

ETX
ETX
ETX