Bakı. Trend:
Azərbaycanda ötən ilin dekabr ayında məhsul və xidmətlərin ənçox yüksəldiyi iqtisadi rayonlar məlum olub.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldəedib.
Belə ki, 2024-cü ilin dekabr ayında qida məhsulları, içkilər vətütün məmulatları üzrə ən çox bahalaşma Abşeron-Xızı iqtisadirayonunda (əvvəlki aya nisbətən 2,7% çox), qeyri-qida məhsullarıüzrə isə Naxçıvan Muxtar Respublikasında (əvvəlki aya nisbətən 1%çox) qeydə alınıb.
Sözügedən dövr ərzində qida məhsulları, içkilər və tütünməmulatları üzrə ən az bahalaşma isə Şirvan-Salyan iqtisadirayonunda (əvvəlki ayla müqayisədə 1,3% çox), qeyri-qida məhsullarıüzrə Mil-Muğan iqtisadi rayonunda (əvvəlki aya nisbətən 0,1% az)olub.
Hesabat dövründə xidmətlər üzrə ən çox qiymət artımı Qazax-Tovuziqtisadi rayonunda (əvvəlki ayla müqayisədə 0,8% çox), ən az isəNaxçıvan muxtar Respublikası, Şəki-Zaqatala və Şirvan-Salyaniqtisadi rayonlarında (əvvəlki ayla müqayisədə dəyişməz qalıb)qeydə alınıb.
Azərbaycanın iqtisadi rayonları üzrə 2024-cü ilin dekabr ayındaistehlak qiymətləri indekslərini (əvvəlki aya nisbətən, faizlə)təqdim edirik:
Azərbaycanın iqtisadi rayonları üzrə 2024-cü ilin noyabr ayındaistehlak qiymətləri indeksləri (əvvəlki aya nisbətən, faizlə)təqdim edirik:
Cəmi məhsullar və xidmətlər | Qida məhsulları, içkilər və tütün məmulatları | Qeyri-qida məhsulları | Xidmətlər | |
Bakı şəhəri | 101,0 | 101,8 | 100,1 | 100,5 |
Naxçıvan Muxtar Respublikası | 101,1 | 101,9 | 101,0 | 100,0 |
Abşeron-Xızı | 101,3 | 102,7 | 100,4 | 100,2 |
Dağlıq Şirvan | 101,2 | 102,0 | 100,8 | 100,2 |
Gəncə-Daşkəsən | 101,2 | 102,5 | 100,5 | 100,1 |
Qarabağ | 101,0 | 101,7 | 100,0 | 100,7 |
Qazax-Tovuz | 101,2 | 101,9 | 100,3 | 100,8 |
Quba-Xaçmaz | 100,9 | 102,1 | 100,1 | 100,2 |
Lənkəran-Astara | 101,0 | 101,9 | 100,1 | 100,6 |
Mərkəzi Aran | 100,7 | 101,7 | 100,0 | 100,1 |
Mil-Muğan | 100,9 | 101,8 | 99,9 | 100,6 |
Şəki-Zaqatala | 100,9 | 102,0 | 100,0 | 100,0 |
Şərqi Zəngəzur | ... | ... | ... | ... |
Şirvan-Salyan | 100,6 | 101,3 | 100,1 | 100,0 |
Qeyd edək ki, 2024-cü ildə istehlak qiymətləri indeksi 2023-cüillə müqayisədə 102,2%, o cümlədən qida məhsulları, içkilər vətütün məmulatları üzrə 101,3%, qeyri-qida malları üzrə 101,6%,əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 104,0% təşkil edib.