RU

Şərqşünas alimin 20 Yanvar faciəsi haqqında məqaləsi Türkiyədə ingilis dilində yayımlanıb

Bakı, 21 yanvar, AZƏRTAC

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Namiq Məmmədovun 20 Yanvar faciəsi haqqında məqaləsi Türkiyədə “politikaakademisi.org” saytlnda ingilis dilində yayımlanıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Azərbaycanda 20 Yanvar faciəsi” (“The January 20 Tragedy in Azerbaijan”) adlı məqalədə 20 Yanvar gecəsi baş vermiş faciəvi hadisələr barədə məlumat verilir.

Məhz 1990-cı ilin həmin günü keçmiş sovet imperiyasının Azərbaycan xalqına qarşı kütləvi qırğınlar törətdiyini qeyd edən müəllif xalqımıza qarşı SSRİ rəhbərliyinin 1956-cı ildə Macarıstanda, 1968-ci ildə Çexoslovakiyada tətbiq etdiyi üsuldan istifadə edərək Bakıya qoşun yeritdiyini və silahsız mülki əhaliyə qarşı qanlı əməliyyat həyata keçirdiyini vurğulayıb.

Faciənin ağır nəticələri, insan itkiləri barədə ətraflı məlumat verən alim bildirib ki, 20 Yanvar hadisələri Azərbaycan tarixində dərin iz qoymuş qanlı faciə olsa da, həm də bütün azərbaycanlıların yaddaşında qəhrəmanlıq səhifəsi kimi qalıb.

Избранный
23
50
azertag.az

10Источники