Ermənistan tərəfindən Araz çayına kanalizasiya və çirkab sularının axıdılması davam edir.
Viral.az xəbər verir ki, bu barədə İranın Araz çayı ətrafındakı yaşayış məntəqələrində yaşayan yerli əhali sosial şəbəkələrdə yazıb.
Sakinlər yazır ki, Arazın çirkləndirilməsi ətraf mühitə və kənd təsərrüfatına zərər vurur.
Son Yazılar:
- Ermənistan hələ də Araz çayına çirkab sular AXIDIR
- Gözəlləşmək üçün salona gedən qadının başına iş gəldi
- Rusiya ilə dialoqu davam etdirmək niyyətindəyik
Mütəxəssislərin araşdırmaları göstərir ki, çay yatağının çöküntülərində ağır metallar toplanıb. Bu da regionda su ehtiyatlarının və kənd təsərrüfatı torpaqlarının çirklənməsinə səbəb olur.
Ekoloji ekspertlərin xəbərdarlıqlarına və Araz çayı sahil zolağının sakinlərinin etirazlarına baxmayaraq, İran rəsmiləri də indiyədək bu məsələyə münasibət bildirməyiblər.