RU

Viktor Orban: Tramp Amerikanı Sorosdan xilas etdi

Macarıstanın baş naziri Viktor Orban Donald Trampın ABŞ prezidenti postuna qayıtmasını Corc Soros və onun qlobalist müttəfiqləri üçün böyük məğlubiyyət kimi səciyyələndirib.
 
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Orban bu barədə \"Kossuth\" radiosuna müsahibəsində Sorosu qlobalist ideologiyalar tətbiq etməkdə və ölkələrin müstəqilliyinə xələl gətirməkdə ittiham edib.

Orban Sorosun Demokratik Partiya ilə birlikdə öz həqiqətlərini tətbiq etməklə\" ölkələri dəyişdirməyə çalışdığını və bu səylərin tez-tez immiqrasiya xaosu yaratdığını deyib.

O, dövlət radiosuna verdiyi müsahibədə Corc Sorosun Amerikada müharibəni uduzduğunu, Trampın Amerikanı azad etdiyini vurğulayıb.

Orban uzun müddətdir ki, Soros və Açıq Cəmiyyət Vəqflərini (OSF) tənqid edir, onları immiqrasiya tərəfdarı siyasətini maliyyələşdirməkdə, ənənəvi ailə dəyərlərini sarsıtmaqda və qlobalist gündəmi təbliğ etməkdə günahlandırır.
 
Sorosun təsirinin Avropa Birliyi büdcəsi vasitəsilə maliyyələşdirilməsinə reaksiya verən Orban deyib:
 
\"Brüssel Sorosun cibindədir. Bu, siyasətdəki ən böyük korrupsiya qalmaqalıdır. Biz buna dözə bilmərik, bu da bizim siyasətimizdir\".

Orban Soros və tərəfdarlarının ənənəvi ailə dəyərlərini hədəf aldığını və LGBT hərəkatlarını təbliğ etdiyini də iddia edib.

Mikayıl
Избранный
16
azxeber.com

1Источники