Seçki bülletenlərinin çapı başa çatmaq üzrədir.
Teleqraf.com xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında məlumat verilib.
Qeyd olunub ki, yanvar 22-23-də bülletenlərin dairə seçki komissiyalarına təqdim olunması prosesi həyata keçiriləcək.
Vurğulanıb ki, Daxili İşlər Nazirliyi ilə birlikdə təhlükəsizliyin təminatı baxımından bütün lazımi addımlar atılır.
Müəllif: Məlik Məlikov