RU

Azərbaycanda Qırğızıstan Ticarət Evinin açılması birgə layihələrin sürətləndirilməsinə töhfə verəcək - Səfir

Bakı. Trend:

Azərbaycanda Qırğızıstan Ticarət Evinin açılması birgəlayihələrin sürətlə həyata keçirilməsinə töhfə verəcək.

Trend-inməlumatına görə, bunu bu gün Qırğızıstanın Azərbaycandakı səfiriMaksat Mamıtkanov Bakıda Qırğızıstanın Ticarət Evinin açılmasınadair sazişin imzalanması mərasimi zamanı deyib.

"Biz bu müqaviləni imzalamaqdan çox məmnunuq. Bu, “OkukluHoldinq” tərəfindən yaradılan şəraitin Azərbaycan və Qırğızıstanarasında birgə layihələrin sürətlə həyata keçirilməsinə töhfəverməsini təmin etmək məqsədi daşıyır. Ümid edirik ki, bu, bizə butəşəbbüslərin həyata keçirilməsində birbaşa iştirak etməyə hazırolan sahibkarları Azərbaycana cəlb etməyə imkan verəcək. Bizimsəylərimiz layihələrin müzakirə ediləcəyi və inkişaf etdiriləcəyisaytın, platformanın, konkret məkanın yaradılmasına yönəlib", - obildirib.

Onun sözlərinə görə, Azərbaycan və Qırğızıstan arasındaəməkdaşlıq mədəni-humanitar sahədən tutmuş regional qarşılıqlıfəaliyyətə qədər geniş sahələri əhatə edir.

"Burada biz Azərbaycanla maraqlanan iş adamlarımızı və yerlisahibkarları birləşdirə biləcəyimiz platforma əldə edəcəyik. Buplatformada əməkdaşlıq perspektivləri, imkanlar və bizneslayihələri müzakirə olunacaq", - o bildirib.

Избранный
32
az.trend.az

1Источники