""Sumqayıt" qış "transfer pəncərəsi" dönəmində yeni futbolçu transfer edib.
"Kimyaçılar" heyətini yeni hücumçu ilə gücləndirib.
"Operativ Media" xəbər verir ki, "Sumqayıt" qvineyalı Momo Yansaneni heyətinə qatıb.
27 yaşlı hücumçu Qvineya yığmasında 1 oyun keçirib.
Yansane karyerası ərzində Moldova, Rusiya, Serbiya, Belarusda legioner həyatı yaşayıb. Onun sonuncu klubu Kutaisi "Torpedo"su olub.