RU

Ermənistanda revanşist qrup anti-Azərbaycan siyasətlərini parlament səviyyəsində həyata keçirir

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqlar aparılır. Ermənistan Avropa İttifaqının yarım hərbi mülki missiyasını çıxarmalı və Azərbaycana qarşı ərazi iddialarını qanunvericilik bazasından çıxarılması üçün şərtləri qəbul edib. Həmçinin Minsk qrupunun buraxılmasına gedəcək.

Türkiyə prosesi aktiv şəkildə aparır və ikitərəfli danışıqlarda vasitəçi kimi xarakterizə etmək olar.

Qeyd edim ki, Ermənistan parlamentində Respublika fraksiyasının üzvü Azərbaycana qarşı ərazi iddialarını əks etdirən xəritəni kürsüyə vurub. Parlament rəhbərliyi təxribatın qarşısını alsa da bu kimi siyasi qüvvələr qalmaqdadır. Göründüyü kimi, keçmiş hakimiyyət Qarabağ məsələsini gündəmə gətirir. Ermənistanda revanşist qrup qalmaqdadır və onlar anti-Azərbaycan siyasətləri parlament səviyyəsində həyata keçirilir. Növbəti seçkilərdə revanşist qrup parlamentə girsə, ciddi problemlər olacaq.

Məhəmməd Əsədullazadə

Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert

visiontv.az



Избранный
17
30
visiontv.az

10Источники