Meksika Prezidenti Klaudiya Şeynbaum ABŞ Prezidenti Donald Trampın “Meksika körfəzinin adını Amerika Körfəzi olaraq dəyişəcəyik” sözlərinə reaksiya verib. Metbuat.az xəbər verir ki, o bildirib ki, Meksika üçün və dünya üçün coğrafi ərazinin adı Meksika körfəzidir. Mühacirlər mövzusunda ABŞ ilə dialoq qurmaq istədiklərini ifadə edən Şeynbaum, Vaşinqtonu əməkdaşlığa çağırıb. Şeynbaum, ABŞ-dan deportasiya ediləcək meksikalılara dəstək vermək üçün 2610 hüquq mütəxəssisi və 1773 məmurdan ibarət qrup yaradıldığını açıqlayıb. O, meksikalıların ABŞ iqtisadiyyatı üçün əhəmiyyətli qüvvə olduğunu vurğulayıb. Şeynbaum ABŞ-la müzakirə ediləcək çoxlu məsələlərin olduğunu bildirib. Qeyd edək ki, Donald Tramp ölkəyə qanunsuz daxil olanların deportasiya ediləcəyini və Meksika sərhədinə ordu cəlb edəcəyini ifadə edib.