Serbiyanın Barayevo əyalətinin Veliki Bork qəsəbəsindəki “İvanoviç” adlı qocalar evində güclü yanğın baş verib.
Publika.az xəbər verir ki, hadisə nəticəsində 8 nəfər ölüb, 7 nəfər yaralanıb, onların vəziyyəti stabildir. Mülki müdafiə qüvvələri 19 nəfəri təxliyə ediblər.
Faktla bağlı araşdırmalar aparılır. Prokurorluğun qərarı ilə yanğınla bağlı 3 nəfər saxlanılıb.