RU

Azərbaycanın idxalında Çin Rusiyanı üstələyib

Ötən il Azərbaycanın idxalında Çin birinci sırada yer alıb. 2023-cü ildə idxal əməliyyatları əsasən Rusiya ilə aparılmışdı.

Teleqraf.com Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ildə Azərbaycanın xarici ticarət dövriyyəsində ilk yeri İtaliya tutub. Azərbaycanın ixracının 40.95 faizi məhz bu ölkəyə reallaşdırılıb.

Ümumilikdə xarici ticarət əməliyyatlarında ilk üclükdə İtaliya, Türkiyə, Rusiya qərarlaşıb. Hesabat ilində Azərbaycanın Amerika Birləşmiş Ştatları ilə ticarət dövriyyəsi artıb. 2023-cü ilin sonuna904 milyon dollardan 1, 75 milyard dollara yüksəlib. ABŞ əsasən Azərbaycanın idxalında rol oynayıb. Bu ölkədən 1,6 milyard dollar dəyərində məhsul idxal edilib.


Müəllif: Teleqraf.com
Избранный
23
14
teleqraf.com

10Источники