RU

Qasperini “Şturm” üzərində darmadağından söhbət açdı

“Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunun “Şturm”la ev oyununu şərh edib.

Arena.az məlumat verir ki, “Atalanta” “Şturm” üzərində 5:0 hesablı qələbə qazanıb.

Matçdan sonra baş tutan mətbuat konfransında Qasperini bunları söyləyib:

“Beş fərqli qol müəllifi, bu, çox maraqlıdır. 2025-ci ildə ilk qələbəmizi qazandıq. Biz ələmə mərhələsindəyik. Bəlkə bir-iki xal daha qazana bilərdik, mən “Seltik”lə oyuna (0:0) görə təəssüflənirəm. Amma bu, Çempionlar Liqasıdır, yarışın səviyyəsi müvafiqdir”, – “Atalanta”nın rəsmi saytı italyan mütəxəssisdən sitat gətirir.

7 oyunda 14 xal toplamış “Atalanta” Çempionlar Liqasının Liqa mərhələsinin yarış cədvəlinin 4-cü pilləsində qərarlaşıb. “Şturm” isə 3 xalla 32-ci pillədədir.

Избранный
20
4
arena.az

5Источники