RU

İxracdan əldə olunan pul vəsaitlərinin ölkəyə qaytarılması istiqamətində tədbirlər davam etdirilir

Xəbər verildiyi kimi, xarici ölkələrə müxtəlif növ məhsullarıixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olanpul vəsaitlərini Azərbaycan Respublikasına qaytarmamaları ilə bağlıDövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlar əsasındaprokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaqaparılır.

Trend xəbər verir ki, bubarədə Baş Prolurorluq məlumat yayıb.

Bildirilir ki, hazırkı vaxtadək Bakı şəhərinin Nizami, Qaradağvə Binəqədi rayon prokurorluqları tərəfindən həyata keçiriləntədbirlər nəticəsində bəzi sahibkarlıq subyektlərinin xariciölkələrə ixrac edilmiş kənd təsərrüfatı məhsullarınınalqı-satqısından əldə etdikləri pul vəsaitlərinin 54,4 milyon ABŞdollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 92,4 milyonmanatdan artıq) hissəsinin ölkəmizdə müvəkkil edilmiş bank hesabınaqaytarılması təmin edilib.

Prokurorluq orqanları tərəfindən bu kateqoriya araşdırmalaradair, yəni müxtəlif şəxslər tərəfindən mal və məhsulların ixracınəticəsində əldə edilən pul vəsaitlərinin ölkəmizdə müvəkkil bankhesablarına qaytarılması istiqamətində zəruri prosessualtədbirlərin icrası davam etdirilir.

Məqalədə:
Избранный
12
46
az.trend.az

10Источники