RU

"Bu ailə çox getməyəcək, bəri başdan..."

"Evliliyə gedəndə hamı fikirləşir ki, bu ailə uzunmüddətli olacaq və heç vax dağılmayacaq". 

News24.az xəbər verir ki, bu sözləri tanınmış aparıcı Zamirə Dadaşovanın təqdimatında RTV-də yayımlanan "Zamirə ilə açıq söhbət" layihəsinin budəfəki qonağı tanınmış hüquqşünas, yazıçı Müşfiq Abbasov deyib.

"Biz nikah ilə nikah müqaviləsini qarışdırırıq. Nikah evliliyimizin dövlət tərəfindənn rəsmi qeydə alınmasıdır. Nikah müqaviləsi isə ər-arvad arasında yazılı surətdə bağlanan, notarius tərəfindən təsdiq olunan birgə nikah dövründə və ondan sonrakı mərhələdə əmlakların idarə edilməsidir", - deyə o bildirib.

Bəs, biz niyə nikah müqaviləsi bağlamırıq?

Tanınmış hüquqşunas bu sualı belə cavablayıb:

"Oğlan tərəfi və ya qız tərəfi gəlib deyir ki, gəlin, nikah müqaviləsi bağlayaq. O dəqiqə hər kəs düşünəcək ki, aha bunlar boşanmağı fikirləşirlər, bilirlər ki, bu ailə çox getməyəcək bəri başdan nikah müqaviləsi bağlayırlar. Əslində, isə buna fərqli prizmadan yanaşmaq lazımdır. Bəlkə də, nikah müqaviləsi evliliyin dayaqlarını daha da möhkəmləndirəcək. Nikah müqaviləsi mütləq bağlanmalıdır".

Ətraflı videoda:

Günel Məlikzadə


Избранный
12
31
news24.az

10Источники