RU

İranda Azərbaycan səfirliyinə terror hücumu edən şəxs barəsində edam hökmü təsdiqlənib

İranın Ali Məhkəməsi Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu etmiş Yasin Hüseynzadə barəsində çıxarılan edam hökmünü təsdiqləyib.

Bunu İran məhkəmə sisteminin sözçüsü Əsgər Cahangiri mətbuat konfransında bildirib.

Məlumata görə, hökm icra üçün Tehran məhkəməsinə göndərilib.

Xatırladaq ki, 2023-cü il yanvarın 27-də Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı silahla mühafizə postunu yararaq mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki mühafizəçisi də hücumun qarşısını alarkən yaralanıb.

Səfirliyə hücum edən şəxs hadisədən sonra saxlanılıb. Məhkəmədən sonra İran Ədliyyə Nazirliyi onun barəsində edam hökmünün çıxarıldığı barədə məlumat yayıb.

Azərbaycan bu hücumdan sonra səfirliyinin fəaliyyətini dayandırıb, 2024-cü ildə isə səfirlik yenidən fəaliyyətə başlayıb.



Избранный
18
50
trt.net.tr

10Источники