Azərbaycanın beynəlxalq dərəcəli hakimi Fuad Hacıyev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıb.
Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti yayıb.
O, qadınlar arasında CEV kubokunun pley-off mərhələsində Türkiyənin “Türk Hava Yolları” və Belçikanın “Asteriks” klublarının görüşündə ikinci hakim olacaq.
Qeyd edək ki, qarşılaşma yanvarın 23-də baş tutacaq.