Bakı. Trend:
İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidentiRövşən Nəcəf bp şirkətinin hasilat və əməliyyatlar üzrə icraçıvitse-prezidenti ilə səmərəli əməkdaşlığı və birgə fəaliyyətistiqamətlərinin şaxələndirilməsi barədə müzakirələr aparıb.
Trend xəbər verir ki, bubarədə iqtisadiyyat nazir Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəkihesabında qeyd edib.
"Davos İqtisadi Forumu çərçivəsində SOCAR-ın prezidenti RövşənNəcəflə birlikdə bp şirkətinin hasilat və əməliyyatlar üzrə icraçıvitse-prezidenti Qordon Birrel ilə görüşmək xoş oldu. Şirkətinyaşılenerji keçidində fəal təmsilçiliyi, ölkəmizlə səmərəliəməkdaşlığı və birgə fəaliyyət istiqamətlərinin şaxələndirilməsibarədə müzakirələr apardıq", - paylaşımda qeyd olunub.