RU

"KATAN TOXUM MMC" işçilər axtarır - MAAŞ 1500 MANAT - VAKANSİYALAR

KATAN TOXUM MMC

Aparıcı mühasib

Son tarix 22 fev 2025 - [email protected]

Vəzifə öhdəlikləri:

  • Maliyyə əməliyyatlarının dəqiq qeydiyyatı və mühasibat uçotunun aparılması;
  • Mühasibatlıq sənədlərinin qanunvericiliyə uyğun hazırlanması və saxlanması;
  • Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması;
  • Vergilərin düzgün hesablanması, ödənilməsi və vergi hesabatlarının  təqdim olunması;
  • Bank köçürmələrinin və kassa əməliyyatlarının düzgün təşkili və nəzarət;
  • Mühasibatlıq əməliyyatlarının proqramlarda düzgün və dəqiq əks olunmasını icra etmək;
  • Şirkətin büdcəsinə nəzarət və büdcə pozuntularının qarşısının alınması.

Tələblər: 

  • Ali  təhsil ( Müvafiq sahədə);
  • Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;
  • Azərbaycan dili səlis, rus dili arzu olunandır.
  • Ofis proqramları və 1C proqramında işləmə bacarığı;
  • Müvafiq sahə ilə bağlı sertifakta malik olan namizədlərə üstünlük veriləcəkdir.

İş şərtləri: 

  • Əmək haqqı: 1500 AZN (NETT) 
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə.
  • Ünvan: Bakı şəhəri, Buzovna,  Zuğulba qəsəbəsi

Uyğun olan namizədlərdən cv-lərinizi şirkətin və vakant yerin adını mövzu hissəsinə qeyd etməklə mail ünvanına göndərməniz xahiş edilir.

 

İcraçı direktor

 Son tarix 22 fev 2025 - [email protected]

Vəzifə öhdəlikləri:

  • Strateji planlama;
  • İstehsalatın idarə edilməsi;
  • Toxuma proseslərində istifadə olunan avadanlıqların texniki vəziyyətinə nəzarət etmək;
  • Boyama prosesləri üçün yeni reseptlər hazırlamaq və rəng uyğunluğunu təmin etmək;
  • Tempratur, nəmlik və digər istehsalat göstəricilərinə nəzarət edərək məhsul keyfiyyətini sabit saxlamaq;
  • Avadanlıq və proseslərdə yaranan texniki problemlərin vaxtında həllini təmin etmək;
  • Müasir rəngləmə texnologiyalarını tətbiq edərək rəng sabitliyini və ekoloji standartları qorumaq;
  • İstehsalat xərclərini analiz edərək səmərəliliyi artırmaq üçün təkliflər vermək;
  • İşçilərin iş bölgüsünü və performansını idarə etmək;
  •  İstehsalatda risklərin idarə edilməsi;
  • İstehsalat göstəricilərinə dair hesabatların hazırlanması;
  • İstehsalatla bağlı potensial riskləri müəyyənləşdirərək onların qarşısını almaq üçün tədbirlər görmək;
  • Fövqəladə hallar üçün plan hazırlamaq və tətbiq etmək;

Tələblər: 

  • Ali  təhsil ( Tekstil, Kimya mühəndisliyi və ya əlaqəli sahədə təhsil);
  • İstehsalat sahəsi üzrə minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan və türk dili ( Xarici dil arzuolunandır)
  • İstehsalat idarəetmə proqramları üzrə təlim və sertifikatlar (Tekstil üzrə Beynəlxalq sertifikatlar-OEKO-TEX, GOTS. 
  • Avadanlıq idarəetməsi  üzrə təlim sertifikatı;
  • MS Office proqramları, 1C ilə işləmə bacarığı;
  • Güclü liderlik, Punktual, stressə davamlı, məsuliyyətli, idarəetmə və komada ilə işləmə bacarığı
  • Bəy namizədlərə üstünlük verilir.

İş şərtləri: 

  • Əmək haqqı: 1500 AZN ( NETT) 
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə.
  • Ünvan: Bakı şəhəri, Buzovna,  Zuğulba qəsəbəsi

Uyğun olan namizədlərdən cv-lərinizi şirkətin və vakant yerin adını mövzu hissəsinə qeyd etməklə mail ünvanına göndərməniz xahiş edilir.

Избранный
35
27
fed.az

10Источники