İtaliya A Seriyası komandalarından “Milan” heyətini gücləndirmək istəyir.
Apasport.az xəbər verir ki, “rossonyerilər” “Mançester Yunayted”dən Markus Reşfordu transfer edə bilməzsə, “Çelsi”dən Joao Feliksi heyətinə qatmağa çalışacaq.
İtaliya təmsilçisi oyunçu üçün 40 milyon avro ödəməyə hazırdır.
Xatırladaq ki, 25 yaşlı portuqaliyalı “Çelsi”yə ötən il “Atletiko Madrid”dən 52 milyon avroya transfer olunub.
Qeyd edək ki, forvard bu mövsüm “zadəganlar”ın heyətində çıxış etdiyi 20 rəsmi matçda 7 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
“Siti”nin futbolçusu İtaliya nəhəngində
“Dortmund” Nurinin əvəzləyicisini tapdı
Sabiq “Trazbzonspor”lu Super Liqa klubu ilə razılaşıb
Braziliyalı qolkiper karyerasını başa vurub
Mourinyonun yeni “Droqba”sı müəyyənləşdi