RU

Sabiq nazir müavininin evindən 30-dan çox odlu silah tapıldı

Rusiyanın İstintaq Komitəsi axtarış zamanı ölkənin sabiq müdafiə naziri müavininin evindən 30-dan çox odlu silah aşkarlayıb.

Teleqraf com xəbər verir ki, sabiq nazir müavini Timur İvanov iri məbləğdə rüşvət almaqda ittiham olunur.

Bundan başqa, onun "İnterkommerts" bankından 4 milyrad rubl çıxarması məlumdur.

Rusiya hüquq-mühafizə orqanlarının verdiyi xəbərə görə, Timur İvanovunşəxsi mənzilindən və ona məxsus digər evlərdən 30-dan çox odlu tapılaraq, silah müsadirə olunub.


Müəllif: Teleqraf.com
Избранный
35
teleqraf.com

1Источники