RU

Tramp husiləri terrorçu kimi tanıyan fərman imzalayıb

ABŞ Prezidenti Donald Tramp daha bir sərəncam imzalayıb. Sənədə əsasən, Yəmən husiləri İmmiqrasiya və Vətəndaşlıq Qanununa əsasən xarici terror təşkilatları siyahısına salınacaq.

Missiya.Az xəbər verir ki, bu barədə Ağ Evin rəsmi saytı məlumat yayıb.

Sənəddə deyilir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” dəstəyi ilə husilər 2023-cü ildən bəri ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə onlarla atəş açıb. 2014-2015-ci illərdə Yəmənin əksər yaşayış məntəqələrinin qanuni Yəmən hökuməti tərəfindən zorla ələ keçirilməsindən sonra husilər mülki infrastruktura hücumlara başlayıblar. Xüsusilə, Səudiyyə Ərəbistanında mülki hava limanlarına, 2022-ci ilin yanvarında Birləşmiş Ərəb Əmirliklərinə hücumlar olunub və 2023-cü ilin oktyabrından İsrailə 300-dən çox mərmi atılıb.

Husilər həmçinin ticarət gəmilərinə 100 dəfədən çox hücum edib, ən azı dörd mülki dənizçini öldürüb və Qırmızı dənizdə bəzi ticarət gəmilərini marşrutunu dəyişməyə məcbur ediblər.

"Husilərin fəaliyyəti Yaxın Şərqdəki Amerika mülki əhalisinin və personalının təhlükəsizliyini, ən yaxın regional tərəfdaşlarımızın təhlükəsizliyini və qlobal dəniz ticarətinin sabitliyini təhdid edir", - deyə vurğulanıb.

Qeyd olunub ki, fərmanın imzalandığı tarixdən 30 gün müddətində dövlət katibi Milli Kəşfiyyat direktoru və maliyyə naziri ilə məsləhətləşdikdən sonra husilərin terror təşkilatı kimi tanınması ilə bağlı prezidentə hesabat təqdim etməlidir. 

 

 

Daşqın HəsənovMissiya.Az

Избранный
21
missiya.az

1Источники