"Fənərbaxça"nın futbolçusu Linkoln Enrike karyerasını İngiltərədə davam etdirəcək.
QOL.az xəbər verir ki, "Hall Siti" braziliyalı yarımmüdafiəçini icarəyə götürüb. Bu barədə Çempionşip klubunun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı futbolçiu yeni klubunda mövsümün sonuna qədər çıxış edəcək..
Qeyd edək ki, "Fənərbaxça" Linkoln Enrikeni 2022-ci ilin yayında Portuqaliyanın "Santa Klara" klubundan transfer edib. O, ötən il icarə əsasında ölkəsində "Braqantino"da çıxış edib.