RU

Bu xəstəxanalara göndərişsiz, sığorta ilə müraciət etmək olacaq - RƏSMİ

Bakı. Trend:

Azərbaycan Tibb Universitetinin tələbələrinin istehsalattəcrübəsi imkanlarını genişləndirmək və praktiki biliklərini dahada artırmaq məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi(Agentlik) tərəfindən “İcbari tibbi sığorta fondunun vəsaitihesabına tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqələrininverilməsi Qaydası”na dəyişiklik edilib.

Trendxəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə DövlətAgentliyi məlumat yayıb.

Bildirilib ki, artıq göndəriş tələb olunmadan icbari tibbisığorta hesabına Azərbaycan Tibb Universitetinin (ATU)tədris-terapevtik və tədris-cərrahiyyə klinikalarına, o cümlədənBakı Sağlamlıq Mərkəzinə stasionar tibbi xidmətlərdən (terapevtikvə cərrahi tibbi xidmətlər) istifadə üçün birbaşa müraciət etməkmümkündür.

"Belə ki, pasiyent tibbi xidmətdən istifadə etmək üçünsəhhətində yaranan problemlə bağlı dövlət və ya özəl tibbmüəssisəsinə (birbaşa müraciət edildiyi təqdirdə vətəndaşın özvəsaiti hesabına) müraciət edərək həkim müayinəsindən keçir.Müayinənin nəticəsindən asılı olaraq Xidmətlər Zərfi çərçivəsindəgöstərilən stasionar xidmətdən istifadəyə tibbi göstəriş olarsapasiyent öz seçiminə əsasən ATU-nun tədris-terapevtik vətədris-cərrahiyyə klinikalarına, yaxud da Bakı Sağlamlıq Mərkəzinəxidmətdən yararlanmaq üçün göndərişsiz birbaşa müraciət edə bilər.Bu zaman sözügedən tibb müəssisələrində stasionar tibbi xidmətXidmətlər Zərfi çərçivəsində icbari tibbi sığorta hesabınaqarşılanır.

Nümunə: Pasiyent dövlət/özəl tibb müəssisəsinə səhhətindəyaranan problemlə - məs., bel nahiyəsində küt və ya sancı şəkilliağrı ilə bağlı müraciət edir. Burada həkim-uroloq/nefroloqtərəfindən müayinə olunur. Həkim tərəfindən təyin olunan müvafiqlaborator və instrumental müayinələrdən keçir. Nəticədə pasiyentəböyrək daşı xəstəliyi diaqnozu qoyulur. Vətəndaş diaqnoza əsasənböyrək daşının xaric edilməsi əməliyyatından istifadə etmək üçünTƏBİB-in tabeliyindəki xəstəxanalarda, Agentliklə müqaviləli tibbmüəssisələrində (özəl və müvafiq dövlət qurumlarının tabeliyindəki)göndəriş əsasında və ya yuxarıda qeyd olunan 3 tibb müəssisəsinəseçiminə uyğun olaraq göndərişsiz müraciət edə bilər.

Bu qayda həmçinin pasiyentlər üçün tibbi xidmətlərə əlçatanlığıtəmin etməyi hədəfləyir",- deyə məlumatda qeyd edilib.

Избранный
7
41
az.trend.az

10Источники