RU

Aktauda təyyarə qəzası ilə bağlı istintaqın ilkin nəticələri gələn həftə açıqlana bilər...

Image

AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı araşdırmanın ilkin nəticələri gələn həftə açıqlana bilər. “Kazinform” xəbər verir ki, bu barədə Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev məlumat verib.

O qeyd edib ki, Qazaxıstan, Azərbaycan və Rusiyadan olan ekspertlərlə yanaşı, ICAO-nun nümayəndələri də istintaqa qoşulub.

“Aviasiya rəhbərliyi bir aydır ki, hadisəni ICAO standartlarına uyğun olaraq araşdırır. Təxminən 17-18 nəfər - Rusiya, Azərbaycan, Qazaxıstandan olan ekspertlər bu prosesdə iştirak edir. Ümidvarıq ki, ilkin hissə gələn həftə dərc olunacaq”, -deyə K.Bozumbayev bildirib.

O, həmçinin əlavə edib ki, təyyarə qəzasından sonra cinayət işi açılıb.

Baş nazirin müavini əlavə edib: “Bundan əlavə, cinayət işi açılıb, ballistik və partlayıcı-texniki ekspertiza aparılır. Güc strukturlarımız sıx təmasda işləyirlər”.

Xatırladaq ki, AZAL-a məxsus və Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi ötən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb.

Bundan əvvəl Aviasiya Qəzalarının Tədqiqi və Qarşısının Alınması Mərkəzi (CENIPA) Braziliyadakı “qara qutu”ların təhlilini aparıb və müvafiq məlumatı Qazaxıstana göndərib.

ZÜMRÜD





Избранный
25
32
baki-xeber.com

10Источники