Bankların aktivləri öhdəliklərindən nə qədər çoxdur? – Tam siyahı
Azərbaycanda fəaliyyət göstərən 22 bankdan 18-nin balans kapitalı 100 milyon manatdan çox olub. Yeniavaz.com xəbər verir ki, balans kapitalı 1 milyard manatdan çox olan yeganə bank isə “Azərbaycan Beynəlxalq Bankı” (ABB) olub. Dövlət bankı olan ABB-nin balans kapitalı 2 milyard 50,2 milyon manat təşkil edib. Qeyd edək ki, balans kapitalı bankların aktivləri və öhdəliklərinin fərqini göstərir. Onu da bildirək ki, ötən ilin 4-cü rübündə yalnız 2 bankın balans kapitalı azalıb. “Bank BTB”nin balans kapitalı 1% azalaraq 51,5 milyon manata, “Rabitəbank”ın balans kapitalı isə 3,2% azalaraq 123 milyon manata düşüb. “Premium Bank”ın balans kapitalı isə dəyişiləyib. Digər banklar isə balans kapitallarını artırıblar. Cədvəldə bankların balans kapitalı qeyd olunub: