RU

Türkiyənin İranla bağlı qərarı nədir?

Türkiyə həbsxanalarında saxlanılan 25 iranlı kişi və 2 qadının Tehran rəhbərliyinə təhvil verilməsi qərara alınıb.
ONN media xəbər verir ki, bunu İranın insan haqları və beynəlxalq əlaqələr nazirinin müavini Əsgər Cəlaliyan bildirib.
“Həmin şəxslər bu gün hüquqi prosedurlarını başa vurduqdan sonra cəzalarının qalan hissəsinin İran İslam Respublikasının həbsxanalarında çəkilməsi üçün Bazarqan sərhədindən Ədliyyə Nazirliyinin Məhkumların Təhvil verilməsi Komissiyasının nümayəndəsinə təhvil veriliblər”, - deyə Cəlaliyan qeyd edib.
Ötən il Türkiyə tərəfindən İrana deportasiya edilən reper Əmir Hüseyn Maksudlu isə dini təhqir etdiyi üçün edam cəzasına məhkum edilib
Избранный
39
onn.az

1Источники