RU

Rubio Ukraynaya yardımı dayandırmaq göstərişi verdi

ABŞ Dövlət katibi Marko Rubio xarici yardımla bağlı demək olar ki, bütün proqramların, o cümlədən Ukraynaya yardımların 90 gün müddətinə dərhal dayandırılması barədə göstəriş verib.

Axar.az xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb.

“Adının açıqlanmasını istəməyən USAİD rəsmisi bildirib ki, Ukraynadakı layihələrə cavabdeh olan əməkdaşlara bütün işləri dayandırmaq əmri verilib”, - materialda deyilir.

Dövlət Departamentinin hazırkı əməkdaşı və Bayden administrasiyasının iki keçmiş rəsmisinin sözlərinə görə, dayandırılma Ukrayna, İordaniya və Tayvan kimi əsas müttəfiqlərə təsir edəcək.

Избранный
26
axar.az

1Источники