RU

Demi Mur "Oskar"-a namizədlər siyahısındadır

Demi

Hollivudun ulduz aktrisası Demi Mur ilk dəfə "Oskar" kino mükafatına namizəd olub.

Reyting.az
xəbər verir ki, Demi Mur "Maddə" filmindəki baş roluna görə "Oskar"-a daha çox yaxınlaşıb və kinoaktrisa "Ən yaxşı qadın rolu" nominasiyasına namizədliyi təsdiqlənib.

Murdan əlavə, bu mükafata namizədlər arasında Sittnia Erivo ("Pis" filmi), Karla Sofiya Qaskon ("Emilia Perez" filmi), Mikey Madison ("Anora" filmi) ilə Fernanda Torres ("Mən hələ də buradayam") kimi oyunçular da var.

ABŞ-da keçiriləcək "Oskar" mükafatının təqdimetmə mərasimi 2025-ci ilin mart ayının 2-də Los-Anceles şəhərində baş tutacaq.

Oqtay QORÇU
Избранный
15
reyting.az

1Источники