İsrail dörd hərbi əsirin azadlığa buraxılması müqabilində 200 Fələstin məhbusunu azad edib.
Xalqcebhesi.az xəbər verir ki, bunu "Qaley ÇAXAL" radiosu yayıb.
"114 Fələstin məhbusu Ramalladakı Ofer həbsxanasından azad edilib (İordan çayının qərb sahili – red.). Daha 70 məhbus Misirə deportasiya olunacaq, 16-sı isə Qəzza zolağına göndəriləcək", – deyə radiostansiyanın məlumatında bildirilir.
Xatırladaq ki, bu gün Fələstin HƏMAS hərəkatı, İsraillə Qəzzadakı atəşkəs razılaşması çərçivəsində, 7 oktyabr 2023-cü ildə qaçırılan dörd İsrail Müdafiə Ordusunun qadın hərbi qulluqçusunu azad edib.