RU

Futzalçılarımız Avropa çempionatına qələbə ilə başlayıb

Avropa çempionatının ilkin mərhələsi çərçivəsində bu gün 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi B qrupunda ilk oyununu keçirib.

Apasport.az xəbər verir ki, millimiz Kosovoya qalib gəlib.

Hesabı rəqib komanda açsa da, futzalçılarımız ardıcıl 4 qol vurublar.

Komandamız növbəti oyununu sabah – yanvarın 26-da San Marinoya qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Avropa çempionatı. İlkin mərhələ

Azərbaycan – Kosovo - 4:1 (1:1) 

Hakimlər: Radim Cep (Çexiya), Adam Czene-Joo (Macarıstan), Jiri Bergs (Belçika)

Qollar: Hüseyn Cəfərzadə, 17:39, Ədalət Ələkbərov, 22:22, 35:47, Rəvan Məsiyev, 31:34 - Valmir Musoli, 5:12

Azərbaycan: 12. Əli Həsənzadə (q), 5. Rəvan Məsiyev, 7. Ədalət Ələkbərov, 10. Nazim Hüseynov, 14. Rəvan Quliyev, 1. Hüseyn Əbdülov (q), 2. Umud Qasımov, 6. Oqtay Mahmudzadə, 8. Hüseyn Cəfərzadə, 9. Pünhan Qasımzadə (k), 11. Bəyoğlan Vəlizadə, 13. Ümüd Qəhrəmanov

Baş məşqçi: İlqar Aslanov

Kosovo: 1. Lorind Kadriu (q), 7. Erjon Jaşaniça (k), 8. Engjell Mehmeti, 9. Valmir Musoli, 10. Donart Sila, 12. Alton Buguyevçi (q), 3. Lis Berişa, 4. Lision Mehmeti, 5. Hasani Hisen, 6. Ermal Sadiku, 11. Fatos Musliu, 13. Yll Abazi

Baş məşqçi: Suad Keçi

25 yanvar. Serravalle. Multievent Sport Domus.

Badmintonçularımız Uqandada "bürünc" qazanıblar

Badmintonçularımız Gürcüstanda 16 medal qazanıblar

Azərbaycan klubunun kapitanı UEFA-nın kursunda iştirak edir

Daha bir təmsilçimiz Paris-2024-lə vidalaşdı

Serbiyalı müdafiəçi "Araz-Naxçıvan"da

Избранный
11
2
apasport.az

10Источники