RU

Cənubi Koredəki təyyarə qəzasının ilkin nəticələri AÇIQLANDI

Cənubi Koredə 179 nəfərin həyatına son qoyan Jeju Air aviaşirkətinə məxsus təyyarə qəzasına dair ilkin hesabat açıqlanıb. 

News365.az bu barədə xarici mediaya istinadla xəbər verir ki, hesabatda təyyarənin hər iki mühərrikində miqrasiya edən Baykal ördəyi növünə aid DNA izlərinə rastlandığı qeyd edilib. 

Qəzanın baş verdiyi Muan Beynəlxalq Hava Limanında təyyarənin eniş zolağının sonunda divara çırpıldığı, çarpışmadan sonra yanğın və qismən partlayış olduğu vurğulanıb.  Uçuşun məlumatlarını qeyd edən "qara qutuların" qəza anından əvvəl qeydi dayandırdığı bildirilib. 

Xatırladaq ki, 29 dekabrda baş verən qəzada 179 nəfər həyatını itirmiş, yalnız 2 kabin heyəti sağ qalmışdı.

Избранный
30
47
news365.az

10Источники