RU

Dərmandan zəhərlənərək komaya düşən şəxs KTM-də həyata qaytarılıb

Dərmandan zəhərlənən 23 yaşlı qadın 1 aya yaxın davam edən müalicədən sonra evə buraxılıb.

31.12.2024-cü il tarixində 23 yaşlı vətəndaş (qadın cinsli) Masallı rayonundan dərmandan zəhərlənmə səbəbi ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.

KTM-dən Operativ Media-ya verilən məlumata görə, xəstəyə qaraciyər hüceyrə çatışmazlığı və meninqoensefalit diaqnozları qoyulub, dərhal Reanimasiya şöbəsində zəruri intensiv müalicə tədbirləri başladılıb.

Məlum olub ki, pasiyent yüksək temperaturu olduğu üçün həkim nəzarəti olmadan, gün ərzində həddindən artıq qəbul etdiyi temperatur salmaq üçün nəzərdə tutulmuş dərmanlardan zəhərlənib. 1 həftə komada, 5 gün huşu soporoz vəziyyətdə qalan xəstə Toksikologiya şöbəsinin həkimlərinin apardığı intensiv müalicələr nəticəsində həyata qaytarılıb. Daha sonra xəstənin vəziyyəti stabilləşib, səhhətində müsbət dinamika müşahidə edilib. 

1 aya yaxın davam edən stasionar müalicə prosedurlarından sonra vəziyyəti qənaətbəxş olduğu üçün hepatoloqun nəzarəti altında ambulator müalicə üçün evə buraxılıb.

Избранный
12
2
operativmedia.az

10Источники