RU

Taliban məşhur kanadalı veteranı azad etdi

Taliban 2024-cü il noyabrın 17-də Kabildə həbs edilmiş Kanada silahlı qüvvələrinin veteranı Devid Laveri həbsdən azad edilib. Bu barədə Khaama press informasiya portalı məlumat yayıb.

Kanadanın xarici işlər naziri Melani Joli yanvarın 27-də özünün X sosial media səhifəsində Laverinin Qətərin köməyi ilə azad edildiyini elan edib.

Laverinin Kabil hava limanında həbs edilməsinin səbəbi məlum deyil. 2024-cü ildə keçmiş hərbçinin işlədiyi Veterans Transition Network onun humanitar missiyaları yerinə yetirmək üçün tez-tez Əfqanıstana səfər etdiyini bildirib.

Nəşrin məlumatına görə, Laveri üç il əvvəl ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması zamanı 100 əfqanın təxliyyəsinə köməklik edib. O, bir neçə il Əfqanıstanın paytaxtında Raven Rae Consulting Services adlı özəl mühafizə şirkətinə rəhbərlik edib.

Tural

Избранный
11
2
news365.az

5Источники