Sənətçi Gülben Ergen, Tekirdağda iki yaşlı Sılanın z*rakılıq və t*cavüz nəticəsində ölməsi ilə bağlı sosial şəbəkədə yazdığı paylaşıma görə şikayət edilib.
News24.az xəbər verir ki, Gülben Ergen sosial media platformasındakı X hesabında etdiyi paylaşımda bu sözlərlə şikayət aldığını açıqlayıb:
“Prokurorluqdan evimə sənəd gəlib ki, bir hadisə səbəbilə ifadə verməyə gedim. 2 yaşında xəstəxanada vəfat edən körpə Sıla haqqında bir şikayət var.
Ergen paylaşımında kədərini bu cümlələrlə dilə gətirib: “Kaş ki, canımı bu 2 yaşlı balaca mələyə verə biləydim... Təbii ki, prokurorluğa gedəcəyəm”.
Məryəm İlhamqızı