RU

Yeni müdafiə naziri Pentaqonda köklü dəyişikliklər edəcək

Bazar ertəsi rəsmən vəzifəsinin icrasına başlayacaq Müdafiə naziri Pit Heqset qlobal münaqişələr və sərhəd təhlükəsizliyindən tutmuş inzibati tapşırıqlara qədər bir sıra mürəkkəb məsələlərlə məşğul olacaq.

Siyahıda ilk yerdə prezident Donald Tramp üçün cənub sərhədində ABŞ-ın hərbi mövvudluğunun artırılması və asayişi qorumaq üçün nadir hallarda atılan addım olaraq aktiv hərbi qüvvələrdən istifadə edilib-edilməməsinin nəzərdən keçirilməsi kimi prioritet olan məsələ dayanır.

Pentaqonun nəhəng büdcəsinin hazırlanması, Ukraynaya yardımla bağlı qərarların qəbulu, Qəzzada atəşkəsin dəstəklənməsi və Yaxın Şərqdə qüvvə yerləşdirilməsi də daxil olmaqla, bir sıra digər məsələlər də onun diqqət mərkəzində olacaq.

Eyni zamanda, Trampın federal hökumətdə müxtəliflik proqramlarının dayandırılması haqda sərəncamları, habelə israfın azaldılması və Bayden administrasiyasının tərəfdarlarının kənarlaşdırılması kimi addımlar da buraya daxildir.

Şənbə günü and içdikdən qısa müddət sonra hərbi qüvvələrə mesajda Heqset qarşıda gördüyü problemləri qeyd edib. Bunlardan bəziləri məsələn, hərbi qüvvələrin onilliklər boyu diqqətini Yaxın Şərqən Çinin qarşısının alınmasına yönəltmək kimi məsələlər onun sələflərinin üzləşdiyi problemlərdir.

Lakin 2023-cü ilin oktyabrında HƏMAS-ın İsrailə hücumu da daxil olmaqla, regionda davam edən münaqişə bu dəyişikliyi qeyri-mümkün etdi.

Heqset həmçinin ABŞ-ın “dünyanın ən güclü və ən öldürücü qüvvəsi” olaraq qalmasını təmin etməklə yanaşı, hərbi sənaye bazasının gücləndirilməsi və Pentaqonun auditdən keçməsi də daxil olmaqla, digər prioritetlər barədə də hərbçilərə məlumat verib.

Namizədliyi cümə günü vitse-prezident J.D.Vans tərəfindən bərabər səsvermədə təsdiqlənmiş Heqsetin dərhal qarşılaşacağı əsas problemlərdən bəziləri bunlardır:

Sərhəddə qüvvə yerləşdirilməsi

Heqset Trampın sərhəd təhlükəsizliyini təmin etmək tələbini yerinə yetirməyə çalışaraq, hansı qüvvələrin mövcud olduğu, Sərhəd Patrulunun hansı yardıma və harada ehtiyacı olduğu, eləcə də qüvvələr və sərhəd personalını necə yerləşdirmək, qidalandırmaq və daşımaq barədə məlumat axını ilə üzləşəcək və bütün bunların digər milli təhlükəsizlik tələblərinə təsir etməməsini təmin etməklə məşğul olacaq.

Onun ilk böyük qərarlarından biri sərhədə yerləşdirilən aktiv qüvvələrin hüquq-mühafizə orqanlarında iştirak eməsini tövsiyə edib-etməməklə bağlı olacaq. Bu, hərbi liderlərin son illərdə qaçmağa çalışdıqları bir addımdır.

Posse Comitatus Qanununa əsasən, aktiv qüvvələrin ABŞ ərazisində hüquq-mühafizə vəzifələrini yerinə yetirməsi qadağandır. Tramp müdafiə və daxili təhlükəsizlik nazirlərinin fövqəladə hallar zamanı ABŞ ərazisində mülki hüququ təmin etmək üçün qüvvələrdən istifadəyə icazə verən 1807-ci il tarixli “Üsyan aktı” adlı qanunun tətbiq edilib-edilməməsi barədə 90 gün ərzində hesabat verməsini nəzərdə tutan sərəncam imzalayıb.

Əvvəlki missiyalar zamanı hərbi qüvvələrdən nəqliyyat, kəşfiyyat, logistika, divarların tikilməsi və digər dəstək xarakterli vəzifələri yerinə üçün istifadə edilib və bu, Sərhəd Patrulunun miqrantlarla qarşılıqlı əlaqədə olması və hüquq-mühafizə vəzifələrini yerinə yetirməsinə imkan verib.

Transgender əsgərlər

Tramp ilk icra sərəncamında Demokrat prezident Co Baydenin Trampın ilk dönəm səlahiyyət müddətində onların xidmətini qadağan etməsindən sonra bərpa etdiyi transgender əsgərlər üçün müdafiəni yenidən ləğv etdi.

Qadağa bundan öncə hüquqi problemlərlə üzləşib və son dəfə transgender əsgərləri təmsil edən vəkillər məsələ ilə bağlı yenidən məhkəməyə müraciət etməyə hazırlaşır. Tramp qadağanı elan etməsə də, onun müdafiəni ləğv etmək qərarı buna doğru ilk addım kimi qiymətləndirilir.

Nə qədər əsgərin bunun təsirinə məruz qalacağı aydın deyil. Müdafiə Nazirliyində xidmət edən transgender əsgərlərin sayı ilə bağlı dəqiq rəqəm yoxdur, çünki onların hər biri tibbi baxımdan eyni keçid mərhələsində deyil və transgender əsgərlərin hamısı hərbi sənədlərdə özünü belə şəxs kimi göstərmir.

Nazirlik hərbi qüvvələrdə nə qədər transgender əsgərin olması ilə bağlı sorğular göndərib, bunu izləmək üçün heç bir yolun olmadığı bildirilib.

Büdcə və Ukrayna

Heqset Pentaqonun hazırda təxminən 850 milyard dollarlıq büdcəsinin mürəkkəb strukturu ilə tanış olmalı olacaq. Tramp ABŞ qüvvələrinin hərbi qabiliyyətini daha da gücləndirəcəyini vəd edib. Heqset bunu təkrarlayıb. Lakin eyni zamanda, israfçılığın azaldılması haqqında da geniş müzakirələr aparılıb.

Bunun necə edildiyini müəyyən etmək üçün Heqsetin büdcəyə təsiri öyrəniləcək.

Bu müzakirələrə Ukraynaya təhlükəsizlik yardımı da daxil ediləcək. Dövlət Departamenti ABŞ-ın demək olar ki, bütün xarici yardımları üçün yeni maliyyənin dondurulması barədə qərar verib.

Bayden administrasiyası Kyivə Rusiya ilə müharibə zamanı 66 milyard dollardan çox hərbi yardım və silah ayırıb. ABŞ-ın mövcud ehtiyatlarından Ukraynaya daha çox silah göndərmək üçün Konqresin təsdiq etdiyi təxminən 3,85 milyard dollar vəsait xərclənməmiş qalır. Xarici yardımın dondurulması bu məbləğə təsir etməyib.

Lakin indi Heqset və Tramp bu məbləğin xərclənib-xərclənməməsi barədə qərar verməlidirlər və Tramp Ukraynaya yardımla bağlı nə edəcəyini deməyib.

Müxtəliflik, bərabərlik və inklüzivlik proqramlarından geri çəkilmə

Heqset Pentaqonun Trampın Müxtəliflik, bərabərlik və inklüzivlik (DEI-Diversity, Equity, Inclusion) proqramlarını geri götürmək haqda sərəncamını yerinə yetirmək səylərinə rəhbərlik edəcək.

Rəsmilər Müdafiə Nazirliyində bu proqramlarda çalışan heç bir tam ştatlı işçinin olmadığını və buna görə də digər federal agentliklərin etdiyi kimi insanların işdən çıxarılması məcburiyyətində qalacağını gözləmədiklərini bildiriblər.

Heqset həmçinin kitablarında və müsahibələrində qadınların döyüş əməliyyatlarında iştirakına qarşı çıxış edərək, onlar üçün standartların aşağı salındığını iddia edib ki, bu, həqiqətə uyğun deyil.

O vaxtdan bəri o, qanunvericilərin ciddi reaksiyasından sonra tənqidlərini yumşaldıb.

Reproduktiv yardım

2022-ci ildə Ali Məhkəmə “Roe v. Wade” qanunu ilə müəyyən edilmiş abort üçün konstitusion müdafiəni ləğv etdikdən sonra o zaman müdafiə naziri Lloyd Austin hərbi qulluqçulara əgər onların göndərildiyi hərbi baza bu cür yardımın qadağan olunduğu ştatda yerləşirsə, abort və in vitro fertilizasiya da daxil olmaqla, reproduktiv yardım məqsədilə məzuniyyət götürməyə və səyahətə görə kompensasiya almağa imkan verən siyasət irəli sürdü.

Heqsetin kompensasiya ilə bağlı müddəaları aradan qaldırmaq üçün bu siyasətin yenidən nəzərdən keçirilməsinə çalışıb-çalışmayacağı aydın deyil. Bundan çox az istifadə olunub və Müdafiə Nazirliyi tibbi məxfilik qanunlarına görə səyahətin nə üçün edildiyini açıqlamır.

visaiontv.az



Избранный
28
48
visiontv.az

10Источники