RU

78 nəfərə məzar olan otel yanğınının SƏBƏBİ

Xəbər verdiyimiz kimi, Boluda Kartalkaya xizək mərkəzində \"Grand Kartal\" otelində baş verən yanğın faciəsi 78 nəfərin ölümünə səbəb olub.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, onlarla insanın həyatına son qoyan yanğın fəlakəti ilə bağlı ortaya çıxan təfərrüatlar ağılları qarışdırmaqda davam edir.
 
Diqqətlə aparılan araşdırma nəticəsində yanğının necə başladığı sualı aydınlaşmağa başlayıb. İddiaya görə, restoran işçiləri yanğından əvvəl səhər yeməyi hazırlayarkən manqaldan sıçrayan qaynar yağ alovlanıb.

Mətbəxdən alovların yüksəldiyini görən aşpaz Faysal Yavər və mətbəx işçiləri Yusuf Karahanlı, Fidan Kurç və Mehmet Gündüz yanğına müdaxilə etmək istəyib. İşçilər yanğınsöndürən balondan istifadə etmək əvəzinə alovu su ilə söndürməyə çalışarkən alov daha da böyüyərək ətrafa yayılıb.
 
Artan alov təmizlənməmiş tüstü bacasına keçib, oradan da dam örtüyünə keçib və sürətlə oteli bürüyüb.

Mətbəx işçilərinin yanğından sonra panikaya düşərək çölə qaçdığı, yanğın siqnalizasiyasının işləmədiyi üçün yanğının oteldə qalanlara bildirilməsinin mümkün olmadığı bildirilib. Restoranın yerləşdiyi otelin 4-cü mərtəbəsində başlayan yanğın sürətlə böyüyərək bütün binanı bürüyüb.

78 nəfərin ölümü ilə nəticələnən yanğında yanğına ehtiyatsızlıq ucbatından səbəb olduğu müəyyən edilən və başladılan istintaq çərçivəsində həbs edilən aşpaz Faysal Yavər, mətbəx işçiləri Yusuf Karahanlı, Fidan Kurç və Mehmet Gündüz də var.
 
Gülay
Избранный
31
12
azxeber.com

10Источники