RU

Cəfər Cabbarlınınpyesləri Türkiyədə işıq üzü gördü

Türkiyənin nüfuzlu ədəbi qurumu olan Türk Ədəbiyyatı VəqfıAzərbaycan Yazıçılar Birliyi ilə bağladığı və illərdir davam edən ədəbi əməkdaşlıqmüqaviləsiçərçivəsində daha bir mühüm ədəbiyyatlayihəsini həyata keçirib. Azərbaycan ədəbiyyatında və teatr sahəsindəxüsusiyeri olan, unudulmaz dramaturq C.Cabbarlının anadan olmasının 125-ci ildönümü münasibətilə yazıçının“Seçilmiş pyeslər” kitabıTürkiyədəki ədəbiyyatsevərlərə təqdim olunub.

Kulis.az xəbər verir ki, Türk Ədəbiyyatı Vəqfının rəhbəri, şair Sərhat Kabaklı türk mətbuatına açıqlamasında belə bir kitabın nəşrinin son dərəcə vacib olduğunu vurğulayıb:

"Cəfər Cabbarlı təkcə Azərbaycan ədəbiyyatının deyil, bütün türk dünyasının ortaq mədəni irsinin ən mühüm nümayəndələrindən biri hesab olunur.Qələmə aldığışeirləri, hekayələri,xüsusən dəsəhnə əsərləri ilə geniş oxucu kütləsi qazanan dramaturqunyaradıcılığındaəsas yeri cəmiyyətin problemlərinə güzgü tutan pyesləritəşkil edir. Onun əsərlərini oxuyanda və ümumtürk mədəniyyəti üçün gördüyü böyük işləri incələyəndə türk oxucusuna belə bir ərməğan etmək qərarı verdik. Hesab edirəm ki, çağdaş türk gəncliyi qardaş xalqımızın nələrdən keçib zirvələrə necə ucaldığını həm də Cabbarlının yaradıcılığından öyrənəcək. Azərbaycan Yazıçılar Birliyi və əziz ustadımız, yaşayan Dədə Qorqudumuz Anarın belə layihələrimizə dəstək olması, xeyir-dua verməsi bizlərdən ötrü xəzinədir".

“Seçilmiş pyeslər” kitabına C. Cabbarlının “Aydın”, “Vəfalı Səriyyə”, “Oqtay Eloğlu”və “Ədirnənin Fəthi” əsərləri daxil edilib. Bu əsərlərhəm bədiixüsusiyyətlərinə, həm dədolğun sosial-ictimai məzmununa görəmüəllifin yaradıclığında mühüm yer tutur.

Kitab Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq yazıçısıAnarın“Azad bir quşdum” adlı ön sözü ilə başlayır.AnarC. Cabbarlını təkcəistedadlı dramaturq kimi deyil, həm də vətəndaş mövqeyi olan bir ziyalı, ictimai xadim kimioxuculara təqdim edir, onun əsərlərinin tərbiyəvi əhəmiyyətindən söz açır:“Cəfər Cabbarlı sovet rejimi dövründə də milli sivilizasiyanın inkişafı üçün səy göstərməyin zəruri olduğunu və buna nail ola biləcəyini düşünərək bu məsələdə yorulmadan çalışırdı. Cabbarlı doğulduğu Azərbaycan torpağına, milli köklərəbağlı olan biryazıçıkimi ölkəninictimai həyatında baş verən hadisələri,problemləri, müxtəlif insan xarakterləriniməharətlə qələmə almışdır”.

Əsərləri Türkiyə türkcəsinə tərcüməçi Atabəy Barış uyğunlaşdırıb.

"Türk ədəbiyyatı" dərgisinin baş redaktou İmdat Avşar da bu cür kitabların çapının vacibliyindən söz açıb:

"Yaradıcılığında 1920-ci ilə qədər romantizmədaha çox yer verənC. Cabbarlı, Sovet hakimiyyəti qurulduqdan sonrayazdığı pyeslərdə realizmə üz tutmuş,əsərlərindəcəhaləti, ictimai ədalətsizliyi, nadanlığı cəsarətlə tənqid etdirmişdir. Bu əsərlər o dövrün ictimai quruluşunu,mədəniyyətini ,xalqın həyat səviyyəsinidaha yaxından tanımaq üçün mühüm mənbədir. Azərbaycan ədəbiyyatındavə teatrında özünəməxsusi yeri olan C. Cabbarlıtəəssüf ki,bu günə kimi türk oxucusuna kifayət qədər tanıdılmayıb.Türk Ədəbiyyatı Vəqfidramaturqun “Seçilmiş pyeslər” kitabı ilə bu boşluğu doldurmağı və Cabbarlını Türkiyədə daha geniş kütləyə tanıtmağı qarşısına məqsəd qoyub. Bu kitab həm də Türk və Azərbaycan ədəbiyyatı arasında körpü rolunu oynayacaq. İki ölkənin ortaq tarixi və mədəni əlaqələrini gücləndirən bu cür əsərlər ədəbiyyat aləmində yeni üfüqlər açır və oxuculara iki qardaş xalqın ortaq dəyərlərini daha yaxından tanımaq imkanı yaradır".

Türk Ədəbiyyatı Vəqfi kitabla bağlı açıqlamarda onu da qeyd edibki, “Seçilmiş pyeslər” kitabının ədəbi və teatr ictimaiyyətində ciddi təsiri olacaq. Cabbarlının əsərləri həm akademik dairələrdə, həm də teatr səhnəsində dəyərləndirilə, Azərbaycanınmüxtəlif dövrlərdəki ictimai quruluşunu, tarixini, mədəni zənginliyini türk oxucusuna çatdıra bilər:

“Cəfər Cabbarlının əsərləri təkcə Azərbaycanın deyil, bütün türk dünyasının ortaq mirasıdır. Onun əsərlərini Türkiyədə tanıtmaq və ədəbiyyatsevərlərin ixtiyarına vermək bizim üçün şərəfdir. İnanırıq ki, bu kitab Cabbarlı yaradıcılığının dərinliyini və sosial ismarıclarını daha geniş oxucu kütləsinə çatdıracaq”.

Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyi və Türk Ədəbiyyatı Vaqfının birgə layihəsi kimi böyük türk alimi, mütəfəkkiri Əhməd Kabaklının əsərlərindən seçmələr «Qobustan» dərgisinin əlavəsi kimi bu günlərdə işıq üzü görəcək.

Избранный
23
kulis.az

1Источники