RU

Azərbaycan qılıncoynadanı Estoniyada medal qazandı

Qılıncoynatmanın şpaqa növü üzrə Azərbaycan millisinin üzvü Vahab Fətullayev Estoniyanın Tartu şəhərində keçirilən "Baltic Cup" turnirində bürünc medal qazanıb.

Federasiyadan Metbuat.az-a verilən məlumata görə, 20 yaşadək kişi şpaqaçıların şəxsi yarışında mübarizəyə 1/16 finaldan başlayan idmançı bu mərhələdə latviyalı həmkarı Aleksejs Malinovskisi 15-12 hesabı ilə məğlub edib. Vahabın 1/8 finalda da rəqibi Latviya şpaqaçısı olub. O, bu dəfə Nikita Aniskoya 15-6 hesabı ilə qalib gəlib. Təmsilçimiz yarımfinala yüksəlmək uğrunda keçirilən qarşılaşmada eston Nikita Doronini 15-14 hesabı ilə üstələyib. Bürünc medalı təmin edən Vahab Fətullayev finalın bir addımlığında Estoniya şpaqaçısı Marek Puhma 13-14 hesabı ilə uduzub.

Избранный
4
3
metbuat.az

10Источники