RU

Ermənistana münasibətimiz nədirsə, Rusiyaya da münasibətimiz o olmalıdır - ÖZƏL

"Rusiya-Ermənistan münasibətləri üzdə göründüyü kimi deyil əslində. Çünki Ermənistan Rusiyanın qurduğu süni dövlətdir".
Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Tarixən bu coğrafiyada Ermənistan adında bir dövlət olmayıb. Ümumiyyətlə Ermənistanın əsasında qurula biləcəyi bir dövlət olmayıb. Yəni bura türk coğrafiyasıdır və türk coğrafiyasında Rusiya süni şəkildə Ermənistan dövləti qurub. 1828-ci ildə qacarlarla müharibə nəticəsində Arazın quzey kəsimi Rusiyanın nəzarəti altına keçib, yəni Rusiya buranı işğal edib. O vaxtı Ermənistan deyə bir ayrıca bölmə də yox idi, yaxud da ki, ərazi vahidi də yox idi. İrəvan xanlığı var idi və həmin İrəvan xanlığı da türk-Azərbaycan xanlığı idi. Yəni onun yerində Rusiya dövləti süni bir Ermənistan Respublikası qrub 1918-ci ildə əslinə qalanda Ermənistanın öz "müstəqilliyini" elan etməsi ilə Rusiyanın layihəsidir və bu layihə çərçivəsində bu günləri artıq 100 yaşını keçmiş bir Ermənistan Respublikası ilə qarşı-qarşıyayıq. Əlbəttə ki, Ermənistan və bütün ermənilər buna görə Rusiyaya minnətdardırlar. Nə qədər üz-üzə gəlsələr də, nə qədər qarşıdurmaya getsələr də, qapılar arxasında onlar Rusiyanın əlini-ayağını öpürlər. Ona görə də özümüzü aldatmayaq ki, Ermənistan və ermənilər Rusiyadan qopur, ayrılır və s. Bu olmur, baş vermir və özümüz özümüzü aldatmayaq. Rusiyanın da arada Ermənistanın üzərinə getməsi və s. bunlar da bir manevrlərdir, iz itirmək üçün, ictimai rəyi çaşdırmaq üçün atılan addımlardır. Nə Rusiya Ermənistandan əl çəkər, nə də Ermənistan Rusiyadan əl çəkər. Bunlar bir-birindən əl çəkən deyillər. Yəni yenə də biz, Rusiya deyəndə Ermənistan, Ermənistan deyəndə Rusiya başa düşməliyik. Ermənistana münasibətimiz nədirsə, Rusiyaya da münasibətimiz o olmalıdır. Onların arasında heç bir fərq yoxdur və olan da deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
17
41
olaylar.az

10Источники